ABŞ-dan bunu dörd gözlə gözləyirik - Rəsmi Ankara

2-05-2021, 00:15           
ABŞ-dan bunu dörd gözlə gözləyirik -
Bayden rəhbərliyi sırf erməni lobbilərinə verdiyi vədlərə görə nə tarixi qərar verə, nə də bir milləti “soyqırım”a görə günahlandıra bilər.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, “soyqırım” ifadəsinin özü belə hər kəs üçün istifadə ediləsi asan söz deyil.

“Baydenin açıqlamasından sonra Türkiyə-ABŞ münasibətləri zərər gördümü” sualını cavablandıran F.Oqtay iki ölkə arasında onsuz da fikir ayrılığının mövcud olduğunu bildirib:

“Bu qərarlar ərəfəsində belə ABŞ və Türkiyə prezidentləri telefon əlaqəsi saxladı. İyunda NATO zirvəsində bir araya gələcəklər. Ümid edirəm ki, bu, yeni başlanğıc olar. Türkiyə ABŞ-la illərdir tərəfdaşdır. Ancaq münasibətlərin təkrar sıfırlanması lazımdır. İyunda yeni başlanğıc etməliyik. ABŞ rəhbərliyinin qərarlarını yenidən gözdən keçirməsini dörd gözlə gözləyirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru