Türkiyənin İraqda zərərsizləşdirdiyi PKK terrorçularının sayı 46-ya çatdı

3-05-2021, 07:07           
Türkiyənin İraqda zərərsizləşdirdiyi PKK terrorçularının sayı 46-ya çatdı
Türkiyənin silahlı qüvvələri İraqın şimalındakı “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın iki terrorçusunu zərərsizləşdirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

"Regionda aşkar edilmiş PKK-nın iki terrorçusu ATAK helikopteri vasitəsilə zərərsizləşdirilib. Beləliklə, əməliyyatın gedişatında zərərsizləşdirilən terrorçuların sayı 46 nəfərə çatıb", - xəbərdə deyilir.

Türkiyə silahlı qüvvələrinin İraqın şimalında “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları aprelin 23-də başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru