Tatar meydan oxudu: Kipri fəth edən Osmanlı…

3-05-2021, 22:59           
Tatar meydan oxudu: Kipri fəth edən Osmanlı…
Cənubi Kipr Prezidenti Nikos Anastasiadis mesajında ​Kiprin türk xalqına “mənim vətəndaşlarım” deyə xitab edərkən köhnəlmiş zehniyyətini bir daha göstərdi, xalqımızı təhqir etdi.

Bunu Şimali Kipr Prezdenti Ərsin Tatar deyib.

“Dünya və Anastasiadis bunu bilməlidir ki, Kiprin türk xalqı yunan tərəfinin vətəndaşları deyil, azad və suveren Şimali Kipr Türk Respublikasının (KKTC) vətəndaşlarıdır.

Anastasiadis Cenevrədə təqdim etdiyim ikidövlətli həll variantını “yeni Osmanlı imperiyası xəyal edənlərin riyakarlığı” kimi qəbul edib. Bunun üzərinə ona bildrimək istəyirəm ki, güzgüyə baxsın və riyakar şəxsin kim olduğunu görsün. Biz 1571-ci ildə Kipri ​​fəth edərək onu türk vətəni edən Osmanlı imperatorluğunun nəvələri və türk oğlu türk olmaqdan qürur duyuruq”. – Ə. Tatar bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru