İsrail Baş nazirinin oğlu Ərdoğana “Kürdüstan” “bayrağı”yla cavab verdi…- HƏDSİZLİK – FOTO

11-05-2021, 00:06           
İsrail Baş nazirinin oğlu Ərdoğana “Kürdüstan” “bayrağı”yla cavab verdi…-
“Fələstin və İsrail arasında ardıcıl Qüds Günü hadisələri və Qədr Gecəsi mərasimləri ilə bağlı artan gərginlik nəticədə İsrail qüvvələri ilə Fələstin xalqı arasında tam bir toqquşmaya çevrildi və Qəzzaya bir hava hücumu da oldu”.

Sozcu.az xəbər verir ki, bunu Türkiyənin “Tamgatürk” portalı yazır.

“AKP lideri Ərdoğan, “Tvitter”dəki mesajında İsrailin Əl-Əqsa Məscidi və Qəzzada mülki vətəndaşlara hücumlarına ciddi reaksiya göstərdi.

“Bütün dünyanı, xüsusilə İslam ölkələrini İsrailin Məscidül-Əqsa, Qüds və Fələstin evlərinə hücumlarına qarşı təsirli bir fəaliyyət göstərməyə dəvət edirəm”.

İsrail Baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahudan isə Ərdoğana qalmaqallı bir cavab gəldi. O, Ərdoğanın postuna separatçı terrorçu kürdlərin əski parçası ilə cavab verdi” –xəbərdə belə deyilir.

Xatırladaq ki, bu, Y.Netanyahudan Türkiyə siyasətinə qarşı ilk belə addım deyil. O, ötən illərdə də sosial şəbəkədə “Kürdüstan” “bayrağı”nın rəsmini paylaşıb, Türkiyəni ermənilərə qarşı “soyqırımı” törətməkdə ittiham edib.moderator













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru