MHP-də Baxçəliyə qarşı qiyam - Ən sadiq müavini partiyanı tərk etdi

25-02-2016, 02:21           
MHP-də Baxçəliyə qarşı qiyam - Ən sadiq müavini partiyanı tərk etdi
Türkiyənin Millətçi Hərəkat Partiyasında sədr Dövlət Baxçəliyə qarşı başlanan üsyün genişlənir.

Avropa.info xəbər verir ki, MHP-nin bir çox rayon təşkilatlarının qurultay tələbinə, bu rayon təşkilatlarını bağlamaqla cavab verən Baxçəli müavinlərini də itirir. Artıq bir çox partiya funksionerləri Baxçəliyə partiyadan istefa verməklə cavab veriblər.

MHP sədri bu gün axşam saatlarında ən böyük zərbələrdən birini alıb. Belə ki, partiya sədrinin müavini Ümid Özdağ MHP-dən istefa verərək təcili şəkildə qurultayın çağrılmasını istəyib.

Bunun ardınca isə MHP-nin 25-ci dövr millət vəkilləri olmuş bir qrup siyasətçi Baxçəlini diktatorluqda ittiham edərək partiyanın təcili qurultayının keçrilməsini tələb ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru