Türkiyədə 8000 il əvvələ aid unikal abidə aşkarlandı

2-07-2021, 18:53           
Türkiyədə 8000 il əvvələ aid unikal abidə aşkarlandı
Türkiyədə yaşı 8000 il əvvələ gedi çıxan qayaüstü rəsmlər tapılıb.

Ölkə mətbuatının yazdığına görə, tapıntı haqqında hər hansı müfəssəl məlumat açıqlanmır. Hakimiyyət və alimlər “dəfinə axtaranlar”dan qorumaq üçün abidənin yerini məxfi saxlamaq qərarına gəliblər.

Maralların təsvir olunduğu qayaüstü rəsmlərə Türkiyədə ilk dəfədir ki, rast gəlinir. Başqa təsvirlər olan qayaüstü rəsmlər daha əvvəl Ərzincan, Ərdahan və Qarsda tapılıb.

Qədim rəssamlar mağara divarlarındakı maral şəkillərini oxra ilə çəkiblər. Alimlərin sözlərinə görə, bu çəkiliş texnikası ölkədə tapılan başqa qayaüstü rəsmlərin tenikasından kəskin şəkildə fərqlənir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.