Əfqanıstanın daha 94 hərbçisi Tacikistana qaçdı

5-07-2021, 00:08           
Əfqanıstanın daha 94 hərbçisi Tacikistana qaçdı
Əfqanıstanda “Taliban” hərəkatının silahlıları ilə döyüşmək istəməyən 94 sərhədçi ölkənin ərazisini tərk edərək Tacikistana qaçıb.

Bu barədə RİA “Novosti” məlumat yayıb.

Belə ki, yerli vaxtla 18:00-da “Taliban” hərəkatının silahlıları Bədəxşan vilayətinin Xoxon ərazisini döyüşsüz ələ keçiriblər. Xəbərdə qeyd edilir ki, əfqanıstanlı hərbçilər şəxsi heyətin qorunub saxlanılması üçün sərhədi keçiblər.

Bildirilib ki, Tacikistan sərhədçiləri humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq əfqanıstanlı hərbçilərə respublikanın ərazisinə keçməyə icazə veriblər.

Bundan əvvəl Tacikistan Əfqanıstanın 300-dən çox hərbçisini ərazisinə buraxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru