Türkiyə Ukrayna üçün hazırladığı hərbi gəmini 2023-cü ildə təhvil verəcək

5-07-2021, 07:11           
Türkiyə Ukrayna üçün hazırladığı hərbi gəmini 2023-cü ildə təhvil verəcək
Türkiyədə Ukrayna hərbi gəmisinin istehsalı 2023-cü ildə başa çatacaq.

TASS xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.

“Bizim türkiyəli dostlarımız Ukrayna Hərbi Dəniz Qüvələrinin gəmi heyətinin inkişafını fəal şəkildə dəstəkləyir. Artıq müasir korvetimizin ilk korpusunun hazırlanmasına başlanılıb və 2023-cü ilin sonunadək proses başa çatacaq”, - deyə dövlət başçısı bildirib.

Zelenski, həmçinin bu yaxınlarda “Bayraktar” PUA-larının da Ukraynaya gətiriləcəyini xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru