Türk əsgərlərini daşıyan hərbi maşın minaya düşdü

5-07-2021, 13:19           
Türk əsgərlərini daşıyan hərbi maşın minaya düşdü
İçində Türkiyə əsgərlərinin olduğu hərbi maşın minaya düşüb.

Yenicag.az DHA-ya istinadən xəbər verir ki, hadisə Siirtdə baş verib.

PKK terrorçuları tərəfindən yola basdırılmış mina hərbi maşın ərazidən keçdiyi zaman partlayıb.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

Hərbi maşının minaya düşməsindən sonra bölgədə polis tərəfindən əməliyyat başladılıb, terroçuların yaxalanması üçün tədbirlər davam edir.

Aqil Bəkir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru