Türkiyədən Rusiyaya — Jest

29-02-2016, 01:19           

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyada baş verən mədən faciəsinə görə başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

“Rusiya Federasiyasının şimalındakı Komi muxtar respublikasında yerləşən “Severnaya” kömür mədənində baş verən partlayış nəticəsində çoxlu insanın həlak olduğu və hələ də dağıntılar altında xeyli insanın qaldığı haqda xəbərləri kədərlə izləyirik. Başda həyatını itirənlərin yaxınları olmaqla Rusiya xalqına başsağlığı, yaralılara isə şəfa diləyirik. Partlayışlar nəticəsində mədəndə köməksiz vəziyyətdə qalmış mədənçilərin və xilasedicilərin ən qısa zamanda sağ-salamat qurtarılmalarına ümid edirik”.

Qeyd edək ki, Rusiyada “Severnaya” şaxtasında baş verən partlayış nəticəsində 36 nəfər həyatını itirib.

Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus "Su-24" təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra hər iki ölkə arasında gərginlik davam edir. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru