Türkiyə 200 minlik İslam ordusunda təlimlərə başladı
29-02-2016, 12:45
20 ölkənin bir araya gəldiyi və Türkiyənin də qatıldığı İslam dövlətlərindən ibarət silahlı qüvvələrin birgə təlimləri başlayıb.
Modern. az xarici KİV-ə istinadən xəbər verir ki, müsəlman ölkələrinin iştirakı ilə Səudiyyə Ərəbistanında baş tutan ordu təlimləri şərti olaraq “ Şimal Fırtınası“ adlanır.
Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi bu hərbi təlimlər ölkənin şimal-şərqindəki Hafar-əl Baten bölgəsində həyata keçirilir.
Yaxın Şərqdə həyata keçirilən bu təlim bu günə qədər istər silahlı və canlı qüvvə, istərsə də təlimin keçirildiyi ərazi baxımından ən böyük hərbi təlim hesab olunur.
100-dən çox hərbi helikopterlərin və qırıcı təyyarələrin də iştirak edəcəyi bu genişmiqyaslı təlimdə əsasən İrana və Suriya rejimini dəstəkləyən ölkələrə hərbi mesaj və siqnallar veriləcək.