“Yetenək sizsiniz”in gizli mahiyyəti açıldı - VİDEO
29-02-2016, 16:41
İsrail bu cür proqramların yayımını qadağan edib. Bütün bunlar bir əməliyyatın tərkib hissəsidir. Psixoloji müharibə üsuludur.
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli yazar, jurnalist, televiziya işçisi, aparıcı Banu Avar bəzi proqram-layihələrin gizli mahiyyətindən danışarkən deyib.
“Bizə qarşı əməliyyat həyata keçirirlər. Televiziya proqramlarının əksəriyyəti, əslində, Türkiyəni formalaşdırmaq üçün hazırlanır. Baxsaq, bu proqramların hamısı (“Survivor”, “Yetenək sizsiniz” və s.) tək şirkət tərəfindən Türkiyə və dünyaya göndərilir. Bu şirkətlər beynəlxalq qruplaşmaların törəmə şirkətləridir. Hələ “Survivor”un rəhbəri haqqında bir az öyrəndim, axtarış verib siz də öyrənə bilərsiniz. Baxın kimlər var o işin içində? Niyə o cür proqramlar hazırlanır? “Dostuna güvənmə”, “arxadan bıçaqla”, “ailəli olduğun halda başqalarıyla münasibət qur” kimi fikirləri yaymaq üçün hazırlanırlar. Bütün bu cür verilişləri psixoloqlar hazırlayır. İsrail belə bəzi bu cür proqramların yayımını qadağan edib. Bütün bunlar bir əməliyyatın tərkib hissəsidir. Psixoloji müharibə üsuludur. Biz bu verilişlərə çox aludə olsaq, Suriyada nə olur, gündə neçə şəhid veririk, Amerikanın əmrlərini yerinə yetirən PKK, Əl Qaidə kimi təşkilatlar Suriya və Türkiyəni eyni vaxtda hədəf alıb, ya almayıb, qazımız, neftimiz hansı şirkətlərə peşkəş verilir - heç nə vecimizə olmayacaq. Bu cür verilişləri uzun müddət izləyəndə beyinə kilid vurulur, insan zombiləşir və adamlar ancaq bu cür TV verilişlərinin mövzusu haqda düşünür, başqa heç nə haqda fikirləşə bilmirlər”.
İllər öncə TV-lərdə yayımlanan yarışma xarakterli şou proqramlar haqqında fikirlərini bölüşən yazarın həmin videosu yenidən gündəmə gəlib. Videonu təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=25kDOqTmYuc]