Davudoğlu: "Rusiya və Əsəd rejimi öz öhdəliklərinə sadiq olmalıdır"

1-03-2016, 09:40           
Davudoğlu: "Rusiya və Əsəd rejimi öz öhdəliklərinə sadiq olmalıdır"
"Türkiyə öz cənub sərhədlərində terrorçuların nəzarətində olan zolağın formalaşmasına imkan verməyəcək".

Virtualaz.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davutoğlu bildirib.

"Rusiya Bəşər Əsəd rejimi və terrorçu PKK və YPG təşkilatları ilə əlbir olub. Ankara bu oyunların mahiyyətini yaxşı başa düşür və bu kimi planların reallaşmasına imkan verməyəcək", - deyə Davutoğlu vurğulayıb.

Hökümət başçısı qeyd edib ki, Türkiyənin təhlükəsizliyinə təsir edən istənilən məsələdə Ankara sərt addım atmağa hazırdır.

Davutoğlu, həmçinin, qeyd edib ki, Suriyada atəşkəs rejiminin nəticə verməsi üçün ilk növbədə Rusiya və Əsəd rejimi öz öhdəliklərinə sadiq olmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.