Berat Albayrak: “Türkiyə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında tam qətiyyətlidir"

1-03-2016, 09:48           

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak ölkəsinin enerji daşıyıcılarının Aİ ölkələrinə tədarük marşrutlarının şaxələndirilməsinə yardım edəcək “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında qətiyyətli olduğunu bildirib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,

“Türkiyə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında tam qətiyyətlidir. Bu layihə Aİ-nin irəli sürdüyü enerji təhlükəsizliyinin və enerji marşrutlarının şaxələndirilməsinin təmin olunması siyasətinə dair 10 il əvvəlki təşəbbüsünə böyük tövhə verməyə qadirdir”, - deyə Berat Albayrak Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclası çərçivəsində bildirib.

Nazirin sözlərinə görə, 45 mlrd dəyərində olan “Cənub Qaz Dəhlizi” miqyasına görə dünya təcrübəsində misilsiz bir layihədir.

“Azərbaycan və Türkiyə arasında olan əməkdaşlıq bütün dünya üçün bir nümunədir”, - nazir vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru