Türkiyənin Diyarbəkir Prokurorluğu HDP sədri Səlahəddin Dəmirdaş barəsində cinayət işi açıb.
Axar.az xəbər verir ki, buna səbəb Diyarbəkir vilayətinin Sur mahalında təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı apardığı əməliyyatlara görə Dəmirdaşın xalqı kütləvi iğtişaşa səsləməsi olub.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Dəmirdaşdan məhkəməyə şikayət etmişdi.