Türkiyə ilə ABŞ arasında böyük silah anlaşması

2-03-2016, 10:15           

ABŞ və Türkiyə yeni idarəolunan aviasiya bombalarının alınması ilə bağlı razılığa gəliblər.

Ölkə.az xəbər verir ki, ABŞ Türkiyəyə 682,9 milyon dollar dəyərində idarəolunan aviasiya bombası satacaq.

"Defense news"un məlumatına görə, bu aviasiya bombaları çox az ölkələrin arsenalında var və yerüstü hədəflərin dəqiqliklə, həm də uzaqdan vurulması üçün ən yaxşı vasitədir.

Bu aviasiya bombaları həm dağıdıcı gücü, həm də hədəfi maksimum dəqiqliklə vurmaqda raketlərdən üstün hesab edilir.

ABŞ Türkiyənin sifarişini 2020-ci ilə qədər tam yerinə yetirməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru