Rusiyadan önəmli Türkiyə qərarı - Böyük jest

3-03-2016, 01:45           
Rusiyadan önəmli Türkiyə qərarı - Böyük jest
Rusiyanın "Qazprom" şirkəti Türkiyəyə təbii qaz ixracını artırır.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı şirkət ötən ay "Mavi axın" boru xəttinə cənub dəhlizinin bir hissəsi olan Pisarevka-Anapanın birləşdirilməsi barədə qərar verib.

"Qazprom"un bu addımı Türkiyəyə qaz ixracını artırmağa yeni imkan verəcək. Qazın yeni boru kəməri vasitəsilə verildiyi barədə məlumat da yayılıb. Bu xətt vasitəsilə Türkiyəyə 200 milyon kubmetr təbii qazın verildiyi bəyan edilib.

Qeyd edək ki, Rusiyanın Avropada Almaniyadan sonra ikinci ən böyük qaz alıcısı Türkiyədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru