NASA-dan Türkiyə ilə bağlı dəhşətli - Proqnoz

3-03-2016, 02:34           
NASA-dan Türkiyə ilə bağlı dəhşətli - Proqnoz
NASA Türkiyə, İsrail, İordaniya, Livan, Fələstin, Kipr və Suriyanı əhatə edən Şərqi Aralıq dənizi bölgəsi ilə bağlı dəhşətli proqnozunu açıqlayıb.

Axar.az xəbər verir ki, 1998-ci ildə başlayan quraqlığın son 9 əsrin ən pis quraqlığı olduğu bildirilib.

ABŞ-ın Nyu York şəhərində yerləşən NASA-nın Qoddard Kosmos Araşdırmaları İnstitutunun iqlim dəyişiklikləri üzrə eksperti Ben Kukun rəhbərliyi altında araşdırma qrupu Şərqi Aralıq dənizinin iqlim şərtlərini və suyun azalmasının səbəblərini öyrənmək üçün modellər yaradıb.

İqlimşünaslar tədqiqatla bağlı verdikləri bəyanatlarda qeyd ediblər ki, bütün bu dəyişikliklərin səbəbi insan fəaliyyətinin nəticəsidir. Məhz insan faktoru dünyada qlobal quraqlığın yaranmasında əsas rol oynayır. Tədqiqatçılara görə, Aralıq dənizinin şərq hövzələri hazırda qlobal istiləşmə dövrünü yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru