Suriyadan ağır xəbərlər: PYD ruslarla birlikdə hücuma keçdilər- Müqavilə pozuldu
3-03-2016, 21:33
teref.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriyada atəşkəsin 6- cı günündə PKK-nın Suriya qolu olan PYD Rusiya bambardmançılarının köməyi ilə Hələbə müxalifətə qarşı hücuma keçib. Suriyada müvəqqəti atəşkəsin 6-cı günündə PYD qüvvələri Hələbdə onların nəzarəti altında mövqelerdən olan Şeyx Maqsud və Eşrəfiyə küçələrinə doğru hərəkət edərək,müxalifətin tək çıxış yolunu kəsmək üçün hücuma keçdi. Türkiyə Hələb koridoru bağlandı.Ağır döyüşlərin getdiyi bildirilir.Hər iki tərəfdən xeyli ölən və yaralananlar var.Verilən xəbərlərə görə razılaşmaya baxmayaraq Rusiya HHQ-nin bombardmançıları bu dəqiqələrdə bölgəni bombalayaır. PYD-nin snayperləri mülkü əhalini nişana alır. PYD-nin snayperlərinin çox sayda uşaq öldürdükləri bildirilir.
Türkiyə Suriya sərhədd xəttındə durum son dərəcə agırdır P.S. Zatən Rusiya heç bir zaman verdiyi sözün üstündə durmamışdı, buna Əfqanıstan və Ukrauyna savaşları nümunə ola bilər. teref.az