PKK İstambulda yenə hücum etdi

4-03-2016, 09:18           
PKK İstambulda yenə hücum etdi
Türkiyənin İstanbul şəhərində polis avtomobillərindən birinə atəş açılıb

teref.az xəbər verir ki, ədliyyə personalını daşıyan avtomobilə İstanbulun Başak səmtində silahlı hücum edilib.

Hücum zamanı polis avtomobilinə güllə dəyib, nəticədə avtomobilin zədələnən hissəsində yanğın baş verib. Yanğın dərhal polislər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı istintaq əməliyyatları davam etdirilir.

Qeyd edək ki, bu gün ərzində bu ikinci insidentdir. Daha öncə də polis məntəqəsinə hücum edən iki qadın terrorçu məhv edilmişdi. Bu hücumdan əvvəl isə İstanbulda güclü partlayış baş vermiş, iki terrorçunun Bayrampaşadakı bölmələrdən birinin girişinə bir neçə qumbara atması böyük partlayışa səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru