Bu ölkə PKK-ya raket verdi -Türkiyənin düşməni kimdir?
4-03-2016, 13:24
Türkiyənin nüfuzlu nəşrlərindən birində PKK haqqında şok məlumatlar dərc olunub.
Türkiyə hakimiyyətinə yaxınlığı ilə tanınan "Yeni Şafak" qəzetində dərc olunan materialda bildirilir ki, İran PKK-ya 3,5 milyon dollarlıq yardım edib və "yer-yer", "yer-hava" tipli yaxın mənzilli raketlər verib.
Türk kəşfiyyatındakı mənbəyə istinad edən qəzet bu yaxınlarda İrandan keçən 200 terrorçunun da PKK-nın Suriyadakı qolu PYD-YPG sıralarına qoşularaq buradakı təlim düşərgələrinə gəldiyi haqda məlumat yayıb.
Materialda bildirilir ki, bu yaxınlarda PYD-YPG terror qruplaşmasının komandiri Sipan Hemo İranın SEPAH korpusunun Cavad adlı generalı ilə də görüşüb. Məlmata görə, görüşdə Hələb üzərinə hücumun detalları da müzakirə olunub.