Ərdoğanın oğlu İtaliyadan niyə qaçdı? — ŞOK SƏBƏB
4-03-2016, 14:05
Bilal Ərdoğan İtaliyadan qaçdığı xəbərləri yayılıb.
Ölkə.Az xəbər verir ki, İtaliya mediası Türkiyə prezidenti Ərdoğanın oğlu Bilal Ərdoğan haqqında şok iddia ortaya atıb.
"II Resto del Carlino" qəzeti, prezidentin oğlunun Jhon Hopkins Universitetində doktorantura təhsili almaq üçün 6 ay öncə ailəsi ilə birlikdə İtaliyayanın Boloniya şəhərinə köçdüyünü, lakin bir neçə gün öncə təhlükəsizliyini əsas göstərərək Türkiyəyə qayıtdığını yazıb.
Qəzetin yaydığı xəbərdə Bilal Ərdoğan, Boloniyadakı dostlarına ingilis dilində bir qısa mesaj (sms) göndərərək bunları yazıb:"Sevgili dostlarım, biz İstanbula qayıtmağa qərar verdik".
"BİLAL ƏRDOĞANIN BOLONİYADA YAŞAMASI NARAHATLIQ YARATMIŞDI"
"II Resto del Carlino" qəzeti Bilal Ərdoğanın və ailəsinin təhlükəsizliyinə türk təhlükəsizlik əməkdaşları ilə birlikdə İtaliya hökumətindən də bir qrupun ayrılmasını belə şərh edib: "Prezidentlər kimi qorunurdu".
Bilal Ərdoğanın Boloniyaya köçməsinin orada yaşayanlara da narahatlıq yaratdığını önə sürən qəzet xəbərində qeyd edir:
Bilal Ərdoğanla birlikdə təhsil alan şəxslərin valideynləri bu haqldan narazı idilər. Bilal Ərdoğanın buraya köçməsindən bir neçə gün sonra bəzi valideynlər hətta polis rəisinə məktub yazıblar: "Məktəbimizin həssas bir hədəf halına gəlməsindən çox narahatıq, övladlarımızın təhlükəsizliyinin təminat altına alınmasını tələb edirik".
BİLAL ƏRDOĞAN HAQQINDA "ÇİRKLİ PUL" İDDİASI
Qəzet həmçinin iş adamı Hakan Uzanın şikayəti üzərinə Bilal Ərdoğan haqqında çirkli pul iddialarının araşdırılması üçün Boloniya Prokurorluğunun ötən ay başlatdığı istintaqın prezident oğlu və ailəsi üzərində ağır bir təsir yaratdığını və ölkəsinə qayıdışının bu səbəblə "qayıdış" yox, "qaçış" olduğunu vurğulayıb.