Fətullah Gülənə yaxın iş adamları həbs olundu

4-03-2016, 16:39           
Fətullah Gülənə yaxın iş adamları həbs olundu
Türkiyə dövlət mediası martın 4-də məlumat yayıb ki, Fethullah Gülen-ə bağlı olduğu bildirilən şirkətin 4 rəsmisi saxlanıb. Gülen hazırda ABŞ-da yaşayır və Türkiyə hökumətini devirmək cəhdində ittiham olunur.

Məlumata görə, Kayseri polisi «Boydak Holdinq»in sədrini, baş direktorunu və idarə heyətinin iki üzvünü həbs edib. Onlar şirkətin Fethullah Gülen hərəkatına maliyyə dəstəyi verib-verməməsi barədə sorğu-sual olunublar.

Gülen-ə 2015-ci ildə dövlət çevrilişi cəhdi ittihamı irəli sürülüb.

Ankarada Gülen hərəkatına bağlılıqda şübhəli bilinən dövlət qulluqçuları işdən çıxarılıb, bəzi şirkətlər və media qurumları bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru