”Gəlin Suriyanın şimalında Türkiyəyə yaxın sərhəddə böyük bir şəhər tikək”

5-03-2016, 09:08           
”Gəlin Suriyanın şimalında Türkiyəyə yaxın sərhəddə böyük bir şəhər tikək”
”Gəlin Suriyanın şimalında Türkiyəyə yaxın sərhəddə böyük bir şəhər tikək”

Belə bir təklifi Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Avropa İttifaqının qaçqınlar üzrə Komissiya sədri ilə görüşündə səsləndirib.

Avropalı diplomatla görüşən Ərdoğan deyib ki, yardım etsəniz də, etməsəniz də biz qərblilər kimi qaçqınlara qapımız bağlamadıq. ”Yenə qapılarımız açıq olacaq. Amma bununla belə bir az da vicdan gərək dedik. Dedik gəlin bunu sizinlə bərabər bölüşək. Ancaq siz nə etdiniz? “Türkiyə qapıları açıq və qaçqınları Avropaya yönəldir” kimi ifadlərə işlətdiniz. Bu çox yanlışdır və siz bu yanlışlıqlar içərisindəsiniz. Odur ki, gəlin bütün bu boş fikirləri bir kənara atıb, əl- ələ verib real işlər görək. Mənim konkret təklifim var. Gəlin Suriyanın şimalında Türkiyə ilə gözəl memarlığa uyğun, bütün infrastrukturu ilə bir şəhər salaq. Və Suriyadan gedənləri orada məskunlaşdıraq”, - deyə Ərdoğan vurğuladı. Ərdoğan əlavə etdi ki, bunu deyəndə bizə deyilər “haqlısan”.

“Biz bunu Barak Obama ilə də müzakirə etdik. Hətta bunun koordinatlarını belə müəyyən etdik. Amma reallaşdırmaq məsələsinə gələndə hələ də ortada bir səs yox. Burada ancaq qərar məsələsidir və o yoxdur. Odur ki, siyasi iradə qoyub məsələni qərarlaşdırmaq lazımdır. İradə qoymadıqca iş gecikir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.