Taliban indi də Türkiyəyə qarşı çıxdı - YENİ MÖVQE

25-08-2021, 00:03           
Taliban indi də Türkiyəyə qarşı çıxdı - YENİ MÖVQE
“Taliban” hərəkatı Türkiyə əsgərlərini Əfqanıstanda görmək istəmədiyini açıqlayıb.

“Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib ki, "Taliban" Türkiyə ilə yaxşı münasibət istəsə də, Əfqanıstanda türk əsgərlərini görmək istəmirlər: "Biz Türkiyə ilə yaxşı münasibətlər istəyirik, amma əsgərlərinin Əfqanıstanda olmasını istəmirik".

“Taliban” Kabil hava limanının təhlükəsizliyini müstəqil olaraq təmin edəcəyini açıqlayıb.

Qeyd edək ki, “Taliban” hərəkatı Kabil Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb, aeroporta yalnız əcnəbilər buraxılır (APA).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru