Entoni Blinken: “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqi və dəyərli tərəfdaşıdır”

25-08-2021, 07:21           
Entoni Blinken: “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqi və dəyərli tərəfdaşıdır”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

“Report”un məlumatına görə, bu barədə “Anadolu” xəbər verib.

Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib ki, danışıqlarda Əfqanıstandakı son hadisələr müzakirə olunub.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays da danışıqlarla bağlı açıqlamasında Birləşmiş Ştatların Əfqanıstanda Türkiyə ilə birgə fəaliyyətinin diqqət mərkəzində olduğunu qeyd edib. “Danışıqlar zamanı Əfqanıstanda davam edən əməkdaşlığımız və vətəndaşlarımızın, müttəfiqlərimizin və tərəfdaşlarımızın təhlükəsiz və nizamlı şəkildə təxliyəsini təmin etmək səylərimiz müzakirə edildi”, - o qeyd edib.

Eyni zamanda Blinken tvitterdəki hesabında nazir Çavuşoğlu ilə telefon əlaqəsi qurduğunu qeyd edib. "Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqi və bölgədə dəyərli tərəfdaşıdır”, - deyə ABŞ rəsmisi yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru