Çavuşoğlu Britaniya, Finlandiya və qətərli həmkarları müzakirə apardı

27-08-2021, 00:03           
Çavuşoğlu Britaniya, Finlandiya və qətərli həmkarları müzakirə apardı
Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun intensiv diplomatik danışıqları olub.

Bizim.Media xəbər verir ki, M.Çavuşoğlu bu gün Əfqanıstan mövzusunda 3 ölkənin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon söhbəti edib.

M.Çavuşoğlu Britaniyanın xarici işlər naziri Dominik Raab, finlandiyalı həmkarı Pekka Olavi Haavisto, Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə Əfqanıstandakı hadisələrlə bağlı müzakirə aparıblar.

M.Çavuşoğlu İranın yeni xarici işlər naziri Hüseyn Əmirabdullahi ilə də telefonla danışaraq yeni vəzifəyə təyin olunması ilə bağlı həmkarını təbrik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru