Qadını küçədə döydü, sonra isə maşına mindirərək... VİDEO
27-08-2021, 13:23
Istanbulun Fatih bölgəsində bir kişinin qadını döydüyü anlar cib telefonunun kamerasına tuş gəlib.
Turkustan.az xəbər verir ki, hadisə dünən saat 11:00 radələrində Haliç küçəsində baş verib. Kişi küçənin ortasında qadını döyüb. Yerdə uzanan qadını bir müddət əli ilə vuran kişi, daha sonra qadını zorla maşına mindirib və hadisə yerindən qaçıb. Bu anlar bir vətəndaşın cib telefonu kamerasına saniyə saniyə əks olunub.
Bu vaxt cib telefonu ilə izlənildiyini anlayan adam, onu çəkən şəxsi hədələyib.