İYRƏNC HADİSƏ: Atamla həyat yoldaşımı yataqda tutdum -VİDEO

30-08-2021, 14:38           
İYRƏNC HADİSƏ:
Türkiyənin “Kanal D” televiziya kanalında yayımlanan “Susma” adlı verilişə qatılan bir şəxs həyat yoldaşının atası ilə cinsi əlaqədə olduğunu və uşaqlarının atasından olduğunu iddia edib.

Editor.az xəbər verir ki, 5 övladı olduğunu bildirən Adnan bəy həyat yoldaşı ilə atasının 20 ildir münasibətdə olduğunu söyləyib. O, əlavə edib ki, həyat yoldaşı da bunu etiraf edib. Adnanın dediyinə görə, atası keçən il evlərinə qonaq gəlmişdi. Beş uşağı və həyat yoldaşı bir otaqda, atası isə başqa otaqda yatırdı. Gecə saat 2 radələrində tualetə qalxanda həyat yoldaşının yatdığı otağın işığını görərək otağa girib və qapını açan kimi arvadını və atasını cinsi əlaqədə olarkən tutub. Bu vaxt uşaqlar eyni otaqda yatırdılar. Ertəsi gün arvadı 2 övladının qayınatasından olduğunu, bu əlaqənin Adnan əsgərlikdə olarkən başladığını və 20 il davam etdiyini etiraf edib. Qadın qaynatası tərəfindən məcbur edildiyini bildirib. Hadisədən sonra Adnan həyat yoldaşını döyərək bir müddət həbs olunub. Qeyd edək ki, o, hərbi xidmətdə olarkən həyat yoldaşının anası, atası və Adnanın xalası vəziyyətdən xəbərdar imiş. Adnanın anası bunu eşidəndə komaya düşüb və qısa müddətdə ölüb. İndi Adnan 5 övladının DNT analizindən keçməsini istəyir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.