Türkiyənin qərbində 5 bal gücündə zəlzələ baş verib. Anadolu agentliyinin yaydığı xəbərə görə, zəlzələnin episentri Kütahya vilayətinin Altıntaş bölgəsində olub.
Yeraltı təkanlar yerli vaxtla saat 14:04-də qeydə alınıb. Zəlzələnin mənbəyi 7.16 km dərinlikdə olub.