İstanbulda ilk dərs günündə ictimai nəqliyyat pulsuz olacaq

4-09-2021, 08:43           
İstanbulda ilk dərs günündə ictimai nəqliyyat pulsuz olacaq
İstanbul Böyükşəhər Bəldiyyəsi daha bir qərarı ilə gündəmə gəlib.

Belə ki, qurumdan ölkədə məktəblərin açılacağı 6 sentyabr tarixində şəhərdə ictimai nəqliyyatın pulsuz fəaliyyət göstərəcəyi bildirilib.

Pulsuz sərnişindaşımanın səhər saat 6:00-dan günorta 14:00-dək qüvvədə olacağı qeyd edilib.

Məlumata görə, qarşıdan gələn bazar ertəsi İstanbulda 7060 məktəbdə 2 819 443 şagird və 198 165 müəllim dərslərə başlayacaq. Onlardan 324 min şagird 18 min servis avtobusu ilə tədris müəssisələrinə daşınacaq.

Qalanları isə fərdi avtomobillər və ictimai nəqliyyatdan istifadə etməklə məktəblərə gələcəklər.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru