Ərdoğandan Akşənərə cavab: Bizansı fəth edən?

5-09-2021, 09:53           
Ərdoğandan Akşənərə cavab: Bizansı fəth edən?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyasının rəhbəri Maral Akşənərin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu Fateh Sultan Məhmədə bənzətməsinə reaksiya verib.

Axar.az xəbər verir ki, Ərdoğan Akşənərin bu bənzətməsini düzgün hesab etməyib.

“Nə deyir Maral xanım? Bizansı fəth edib. Kim? İstanbulun indiki bələdiyyə sədri. Biz İstanbulda bunu görmədikmi? “Zülm 1453-cü ildə başlayıb” sözlərini divarlara yazanları Maral xanım necə müdafiə edir? Onlarla bərabər eyni yolda necə gedə bilir? Dolmabaxça sarayını ofis olaraq istifadə etdiyim yerin qarşısındakı divarlara “Zülm 1453-cü ildə başlayıb” yazan “Gəzi”çilərdi. Maral xanım, sən bu “Gəzi”çilərlə bərabərsən. Yolun açıq olsun”, - Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru