Suriyada Türkiyənin 2 hərbçisi şəhid olub, 3-ü yaralanıb 11-09-2021, 20:54 Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilər hücuma məruz qalıb.Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.Yaralı hərbçilər hospitala yerləşdirilib. Facebook-da paylaş