Türkiyə hərbçiləri 9 terrorçunu zərərsizləşdirdi

11-09-2021, 21:35           
Türkiyə hərbçiləri 9 terrorçunu zərərsizləşdirdi
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı “Pençe-Kaplan” bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin tviter səhifəsində bildirilib.

“Əməliyyatlarımız sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, “Pence-Kaplan” antiterror əməliyyatı Türkiyə daxilində və terrorçuların daha çox düşərgə saldığı İraqın şimalında keçirilir. Əməliyyat 2019-cu il mayın 28-də başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru