Türkiyənin paytaxtı Ankara şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb. Paytaxtın Etimesqut adlanan bölgəsində baş verən qəza zamanı iki avtomobil toqquşub. Hadisə nəticəsində 5 nəfər həlak olub.