İrəvanın Respublika meydanında Türkiyə avtomobilinin varlığı nədən xəbər verir?.. - FOTOFAKT
15-09-2021, 10:43
Respublika meydanında Türkiyə avtomobilinin varlığı nədən xəbər verir?”
Moderator.az xəbər verir ki, bu sualı Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan öz “Facebook” səhifəsində yazıb.
""Rəngarəng” bayrama(21 sentyabr Ermənistanın Müstəqillik(?) günü- S.L.) hazırlıqların görüldüyü Respublika Meydanında bir Türkiyə yük maşınının varlığı gözlənilən tədbirin birgə erməni-türk layihəsi olduğunu nümayiş etdirir. Faktiki olaraq Türkiyədən müsbət siqnallar gəlməkdə davam edir” – deyə erməni məmur özü verdiyi sualı cavablandırır.
Xatırladaq ki, bir müddət öncə Ermənistan parlamentindəki çıxışında baş nazir Nikol Paşinyan “Türkiyədən müsbət siqnallar gəlməsi”ndən bəhs etmişdi...