KİV: Əfqanıstanda Türkiyə vizası qara bazarda 5 min dollara satılır

16-09-2021, 18:39           
KİV: Əfqanıstanda Türkiyə vizası qara bazarda 5 min dollara satılır
Əfqanıstanda vizaların rəsmi proseduralardan yan keçməklə tərtib olunması praktikası geniş yayılmaqdadır. Məsələn, Türkiyə vizası qara bazarda 5 min dollara satılır.

AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, vizaların qara bazarının yaranması “Taliban” hərəkatının ölkədə hakimiyyəti zəbt etməsindən sonra bir çox ölkələrin Kabildəki səfirliklərini bağlaması və Əfqanıstandan getmək istəyənlərin sayının artması ilə əlaqədardır.

Kabil sakinlərinin sözlərinə görə, hazırda yalnız Pakistan vizalarını leqal şəkildə almaq olar. Lakin onlar da, bir sıra digər ölkələrə vizalar da qara bazarda artırılmış qiymətə satılır. Kabildəki turizm firmalarından birinin direktoru telekanala deyib ki, Tacikistana vizanın rəsmi qiyməti 60 ABŞ dolları təşkil edir, lakin onu qara bazarda 350-400 dollara satırlar. Yaxud real qiyməti 120 dollar olan Türkiyə vizası 5 min dollara başa gəlir. Özbəkistana vizanı isə 1350 dollara almaq olar.

Sadə əfqanlar və turizm firmalarının əməkdaşları vizaların qara bazarını aradan qaldırmaq üçün xarici dövlətləri öz səfirliklərini açmağa çağırırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.