Səfirlikdən Türkiyədə oxuyan tələbələrə MÜRACİƏT

17-09-2021, 00:04           
Səfirlikdən Türkiyədə oxuyan tələbələrə MÜRACİƏT
Azərbaycan Səfirliyi 2021-2022-ci tədris ilində Türkiyə universitetlərinə qəbul olunmuş ölkə vətəndaşlarına müraciət edib.

Bakıvaxtı.az səfirliyə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyə Respublikasına səyahət edə bilirlər.

“Türkiyə Respublikasının ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, Türkiyəyə təhsil almağa gələn vətəndaşlarımızın bu dövlətə pasportla giriş etmələri çox vacibdir”, - deyə Səfirliyin məlumatında qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru