Ərdoğanın təklifi gələcək üçün keçərlidir – Rus politoloq

21-10-2021, 10:20           
Ərdoğanın təklifi gələcək üçün keçərlidir – Rus politoloq
Hazırda BMT TŞ-də veto hüququna sahib olan ölkələrin sayının artırılmasına təcili ehtiyac yoxdur.

Bu sözləri Axar.az-a rusiyalı analitik, tarix elmləri namizədi Andrey Sızranov BMT Təhlükəsizlik Şurasındakı veto hüququna malik dövlətlərin sayının artırılma ehtimalından danışarkən deyib.

Mütəxəssisin fikrincə, BMT Təhlükəsizlik Şurasının mövcud konfiqurasiyası kifayət qədər işləkdir:

“BMT Təhlükəsizlik Şurası bəzi nümunələri istisna etməklə, öz effektivliyini dəfələrlə sübut edib. Ancaq perspektivə baxsaq, yaxın gələcəkdə yeni üzvlərin bu siyahıya daxil ediləcəyi şübhə doğurmur”.

Ekspertin sözlərinə görə, Ərdoğanın açıqlaması bu məsələyə yeni bir zəmin gətirsə də, bu təklif daha öncə Yaponiya, Almaniya və başqaları tərəfindən də irəli sürülüb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasındakı veto hüququna sahib ölkələrin sayının artırılmalı olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru