“Bayden Ərdoğanı yaxşı tanıyır, bu səbəbdən də...” - Amerikalı diplomat

21-10-2021, 11:34           
“Bayden Ərdoğanı yaxşı tanıyır, bu səbəbdən də...” -
“ABŞ-da Co Bayden administrasiyası çətin bir iş görür, çünki regional geopolitikanı yaxşı anlayan həm Rusiya, həm də İranın regionda genişlənməsinə obyektiv bir maneə olan Rəcəb Tayyib Ərdoğan inanır ki, ABŞ-ın S-400 kompleksini alması səbəbindən tətbiq etdiyi sanksiyalarla Türkiyəyə neqativ siqnallar göndərir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra etmiş sabiq diplomat Ceyms Cefri deyib.

Amerikalı diplomat ABŞ-ın PKK/YPG ilə əməkdaşlığının Ankaranın sərt reaksiyasına səbəb olduğunu qeyd edərək bildirib ki, Türkiyə İŞİD-lə mübarizədə hər kəsdən daha təsirli olub.

“Türkiyə ən nəhayət Yaxın Şərqdə və Qafqazın bir parçası olduğu qədər iqtisadi, hərbi, bir çox istiqamətlərdə psixoloji olaraq Avropanın və Şimali Atlantikanın (NATO) bir parçasıdır”,- deyən diplomat bura Ərdoğanın Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrlə yaxınlaşmasını da əlavə edib.

“Bayden Ərdoğanı tanıyır. Daha əvvəllər dəfələrlə görüşüblər. Bu səbəbdən münasibətlərin inkişafı mövzusunda təmkinli və nikbin olduğumu deyə bilərəm”, - diplomat qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.