Türkiyə F-35-in "surətini" ala bilər

28-11-2021, 10:57           
Türkiyə F-35-in "surətini" ala bilər
Çinin beşinci nəsil J-31 hərbi təyyarəsinin qlobal bazarda ABŞ istehsalı F-35 ilə rəqabət apara biləcəyi iddia edilib.

Axar.az xəbər verir ki, Çinin "Aviation İndustry Corp of China" müdafiə şirkətinin sədri Lin Zuominq J-31-in F-35 qırıcısından üstün olduğunu söyləyib.

Digər tərəfdən Türkiyənin F-35-ə alternativ olaraq Çindən J-31 döyüş təyyarələri ala biləcəyi ilə bağlı iddialar irəli sürülüb.

Qeyd edək ki, "Şenyanq J-31" Çinin iki mühərrikli 5-ci nəsil çoxfunksiyalı döyüş təyyarəsidir. İlk uçuşunu 2012-ci ilin noyabrında edən təyyarə ABŞ rəsmiləri tərəfindən “F-35-in surəti” kimi təqdim edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru