Səməd Seyidovdan Çavuşoğlunun yerinə erməni deputata SƏRT CAVAB - VİDEO

26-04-2022, 00:02           
Səməd Seyidovdan Çavuşoğlunun yerinə erməni deputata SƏRT CAVAB - VİDEO
Avroa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası zamanı erməni deputat Vladimir Vardanyan gülməli çıxış edib.

Bizim.Media xəbər verir ki, o, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun bozqurd işarəsi tutmasını terroru dəstəkləmək kimi təqdim edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə çıxışı zamanı erməni deputatın iddiasını absurd adlandırıb.

Səməd Seyidov bildirib ki, AŞPA-dakı erməni deputatlar revanşist ideyalarından əl çəkmirlər və barışıq yerinə müharibə, terror haqqında danışırlar.

"Azərbaycan bölgədə sülhün təmin olunması üçün əlindən gələn hər şeyi edib və etməyə də davam edəcək. İki ölkə arasında barışıq və etimadın qurulması ilə bağlı tədbirlər görməyin zamanıdır. Mən erməni deputatları Avropa Şurasının dəyərlərinə qayıtmağa çağırıram".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru