Tokayev istefa verdi - Hakim partiyanın adı dəyişdirildi

27-04-2022, 00:01           
Tokayev istefa verdi - Hakim partiyanın adı dəyişdirildi
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev konstitusiya dəyişikliklərinə uyğun olaraq hakim Amanat (Əmanət) partiyasının sədrliyindən gedib. O, addımının siyasi müxtəlifliyi genişləndirməyə yol açacağını bəyan edib.

Tokayev qərarını aprelin 26-da partiyanın qurultayında açıqlayıb. Martın 1-nəcən hakim partiya "Nur-Otan" (Ata yurdun işığı) adlanırdı. Bu ad keçmiş Prezident Nursultan Nazarbayevlə assosiasiya olunurdu.

Prezident deyib ki, partiya sədrliyi parlamentin aşağı palatası Məclisin sədri Erlan Qoşanova verilir. Hökumətyönlü Adal (Vicdanlı) partiyası isə qurultayda "Amanat"a birləşəcəyini elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.