Türkiyədəki hotellərdə rusiyalı turistləri digərlərindən təcrid edəcəklər

27-04-2022, 11:13           
Türkiyədəki hotellərdə rusiyalı turistləri digərlərindən təcrid edəcəklər
Müştərilərinə “TUI Tantur” şirkəti vasitəsilə Türkiyəyə uçuşlar təşkil edən Litva, Latviya və Estoniya turoperatorları sərt şərtlər irəli sürüblər.

Onlar ultimatum formasında bəyan ediblər ki, Baltikyanı ölkələrin sakinlərinin getdiyi hotellərdə Rusiya Federasiyasından gələn qonaqlar qəbul edilməməlidir. Beləliklə də rusiyalı turistlərin rezervasiyası ləğv edilməlidir.

Şərtləri qəbul edən “TUI Tantur” Türkiyə şirkəti yuxarıda göstərilən şərtlərin yerinə yetirilməsinin tələb olunduğu sənədləri hotellərə göndərib. Həmçinin şirkət daxilində fəaliyyət göstərən Rusiya şöbəsini də bağlayaraq işçilərini buraxıb.

“TUI Tantur” şirkəti Baltikyanı ölkələr bazarında “TI Travel LLC”, “TI Baltics SIA” və “Borublita” kimi turoperatorlarla əməkdaşlıq edir. Şərtlərin mayın 31-dək etibarlı olduğu, lakin hər ay uzadıla biləcəyi vurğulanır.

Mənbə: Rambler.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.