Türkiyədə güclü partlayış: 5 fabrik yanır - Çoxlu sayda ölü və yaralılar var - VİDEO
29-04-2022, 21:16
Türkiyənin İstanbul şəhərinin Tuzla bölgəsində yerləşən sənaye məhəlləsində güclü partlayış baş verib. Partlayışdan sonra ərazidəki 5 fabrikdə yanğın başlayıb.
Qeyd edək ki, partlayış nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib və yanğın nəzarət altına alınıb.