“Biz demokratik islahatlara mane olan bütün amilləri aradan qaldırmışıq” - Ərdoğan

1-05-2022, 08:25           
“Biz demokratik islahatlara mane olan bütün amilləri aradan qaldırmışıq” - Ərdoğan
“Türkiyəni dünyanın iqtisadiyyatı ən güclü olan ilk 10 ölkəsi sırasına çıxarıb ümumi ortaq görüş yerinə çevirəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Dünənə qədər dünyanın bir çox yerlərində insanlar Türkiyənin xəritədə yerini belə bilmirdilər. Bu gün Türkiyənin yerini bilməyən və ya tanımayan çox az adama rast gəlmək olar. İndiyə qədər cəhd edilməsi mümkün olmayan hər şeyi etmişik”, – Türkiyə lideri deyib.

Dövlət başçısı qeyd edib ki, Türlkiyə gəncləri, AKP ölkənin layiq olduğu inkişaf, firavanlıq və güc səviyyəsinə çatmasına əngəl olan maneələri aradan qaldırıb.

Bir zamanlar terror və qəyyumluq mərkəzlərinin fəaliyyət göstərdiyi Türkiyə indi ən təhlükəsiz ölkələrdən birinə çevrilib.

“Biz demokratik islahatlara mane olan bütün amilləri aradan qaldırmışıq”, – Ərdoğan əlavə edib.
Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru