Çavuşoğlundan “Bozqurd” Açıqlaması

2-05-2022, 00:07           
Çavuşoğlundan “Bozqurd” Açıqlaması
“Uruqvayla heç bir problemimiz yoxdur. Bizimlə münasibətləri canlandırmaq istəyirlər. Səfərimiz də bu çərçivədə baş tutub”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası turnesindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, Uruqvaya rəsmi səfərinə etiraz əlaməti olaraq Türkiyənin bu ölkədəki səfirliyinin qarşısına toplaşan ermənilərə göstərdiyi bozqurd işarəsi barədə də açıqlama verib.

“Əslində, nümayişçilər çox çirkin davranışlar sərgilədilər. Bu qəbuledilməz və çirkin münasibətlərdən sonra lazımi cavabı verdik. Bizim hərəkətimiz nə Uruqvay hakimiyyətinə, nə Uruqvay xalqına, nə də nümayişçilərə təhqirdir. Buna görə bizi günahlandırmaları da yersizdir. Gələcəyə baxmalıyıq”, – deyə XİN başçısı qeyd edib.

Mənbə: “AHaber”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru