"BU, İKİLİ STANDARTDIR" - Zelenski Türkiyəni tənqid etdi

2-05-2022, 13:35           
"BU, İKİLİ STANDARTDIR" -
Zelenski Türkiyəni Rusiyadan gələn turistlər üçün yeni marşrutlara görə tənqid edib.

Bu barədə Zelenski Yunanıstanın ERT telekanalına müsahibəsində deyib.

“Uzun illərdir ki, Rusiya turizmi Yunanıstana çoxlu gəlir gətirir. Biz inanırıq ki, onlar qanla qazanırlar, sonra da bu pulu aparırlar. Türkiyədə də vəziyyət eynidir. Bir tərəfdən Türkiyə vasitəçi rolunda çıxış edərək Ukraynaya mühüm addımlarla dəstək verir, digər tərəfdən isə Rusiya turizmi üçün xüsusi olaraq turizm marşrutlarının hazırlandığını görürük. Əgər biz dostluq münasibətlərinin olmasını istəyiriksə, mən prezident kimi bu barədə danışmalıyam. Bu, mümkün deyil, belə olmamalıdır”, – deyə etirazını bildirib.

Zelenski bunun ikili standart olduğunu düşünür./konkret.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru