Sedat Pekər GERİ DÖNDÜ: İldönümü paylaşımı - FOTO

3-05-2022, 10:26           
Sedat Pekər GERİ DÖNDÜ:
Türkiyənin məşhur mafiya lideri, haqqında axtarış elan edilmiş Sedat Pekər uzun müddət sonra sosial media hesabında paylaşım edib.

Yenicag.az xəbər verir ki, haqqında müxtəlif iddialar səslənən Sedat Pekər ötən il mayın 2-də “YouTube” hesabında yayımladığı ilk video ilə gündəm olmuşdu.

Bundan sonra davamlı videolar paylaşaraq ona şər atan şəxsləri ifşa edəcəyini, qanunsuz əməllərini gün üzünə çıxaracağını deyən Pekər Türkiyə siyasəti və ictimaiyyətini silkələməyi bacarmışdı.

Kanalında paylaşdığı 10-cu videodan – 2021-ci ilin iyunundan sonra videolara ara verən Pekər bir müddət “Twitter”dən paylaşımlarına davam etdi. Lakin yaşadığı Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilən sosial media qadağası onu bu məcradan da uzaqlaşdırdı.

İlk videosunu yayımladığı tarixdə – mayın 2-də izləyicisinin paylaşımını “retweet” edən Pekər yenidən diqqətləri üzərinə çəkməyi bacarıb.

Həmin paylaşımı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru