SƏDAT PEKƏR ƏRDOĞANLA HALALLAŞMA VİDEOSU ÇƏKDİ… - İlginc iddia VİDEO

3-05-2022, 12:27           
SƏDAT PEKƏR ƏRDOĞANLA HALALLAŞMA VİDEOSU ÇƏKDİ… - İlginc iddia   VİDEO
Mütəşəkkil cinayətkar şəbəkənin lideri olduği iddia edilən Sədat Pekər Türkiyə prezidenti, AKP başqanı Rəcəb Tayyib Ərdoğanla “halallaşma” videosu haqda danışıb, lakin sonradan bu video gəlməyib.

Jurnalist Timur Soykan qeyd edib ki, Sedat Pekər bu videonu yayımlamasa da, etibar etdiyi qurumlara göndərib: “Vida videosunun çəkildiyinə zərrə qədər şübhəm yoxdur. Yaxud başqa videolar, verəcəyi açıqlamalarla bağlı görüntüləri mütləq etibar etdiyi rəsmi qurumlara göndərib”.

“Halk TV”-də yayımlanan “Can Coşkunla Xəbər Masası” proqramının qonağı olan jurnalist Timur Soykan Sədat Pekərin video çəkilişlərə başlamasından keçən bir il ərzində baş verən prosesləri analiz edib.

Kiminsə Sədat Pekərin öldürülməsinə qərar verdiyini və bu qərarın Ələddin Çakıcının həbsdən çıxmasından sonra verildiyini vurğulayan Soykan, “Bir müddət Balkanlarda rahat yaşamağa davam etdi. Hətta oradan bir-iki paylaşım da edib. Əvvəlcə Berat Albayrakı günahlandırdı. Və bununla bağlı bəzi yazıları var idi, amma o, ümumi bir sükut içində idi”, - deyib.

“Bunlar normal bir ölkədə yeri silkələyəcək iddialardı…”

Pekərin açıqlamalarının normal bir ölkədə yeri silkələyəcək iddialar olduğunu bildirən Soykan, onun SADAT, Sezgin Baran Qorxmaz, Türkiyənin kokain ticarəti üçün bir yol olduğunu və Kutlu Adalı sui-qəsdi ilə bağlı açıqlamalarını xatırladıb.

Bu iddiaların heç birində məhkəmənin hərəkətə keçmədiyini və ondan silah kimi istifadə edildiyini bildirən Soykan, “Məhkəmə sistemindəki bu “çətə”ni rüşvətlə kimin idarə etdiyini öyrənə bilmirik. Və biz bunları ört-basdır etməyə çalışan bir hökumətlə qarşılaşdıq”, - bildirib.

“Vida videosunun çəkildiyinə zərrə qədər də şübhəm yoxdur”

Pekərin susqunluğu başlamazdan əvvəl prezident Rəcəb Tayyib Ərdoğanla “hallaşma videosu”ndan danışdığını xatırladan Soykan, "Halallaşma videosunun çəkildiyinə zərrə qədər də şübhəm yoxdur. Yaxud başqa videolar, verəcəyi açıqlamalarla bağlı görüntüləri mütləq etibar etdiyi rəsmi dairələrə göndərib”, - deyə vurğulayıb.
qafqaz media













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.